Onlayn ictimai-siyasi qəzet
2020-ci il müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistanla danışıqlar aparmır. 2020-ci ilin noyabrından sonra baş tutan bütün görüşlər danışıqlar deyil, Azərbaycanın maraqlarının təbliğidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli revanşist politoloq Tevan Poqosyan tərəfindən səslənib.
Onun sözlərinə görə, artıq Ermənistanın baş naziri ilə heç kim danışıqlar aparmır, daha heç kəs onunla maraqlanmır, çünki o, məğlubiyyət psixologiyasını rəhbər tutur, Ermənistanın maraqlarını təbliğ etməklə məşğul deyil, məğlubiyyətə haqq qazandırmaqla, məsuliyyəti başqasına atmaqla məşğuldur. Tevanyana görə, Ermənistan Xarici işlər nazirliyi məhz həyata keçirilən məğlubiyyət siyasəti ucbatından ölkə üçün əlverişli dildən istifadə etmir. Politoloq buna misal olaraq Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi postunu tərk edən Toivo Klaarın bəyanatlarını göstərib.
“Bəyanat Azərbaycana sərf etsə də, Azərbaycan Xarici İşlər Nazirliyi xoşuna gəlməyən xüsusları dilə gətirib və Bakının maraqlarına az da olsa zidd olan müddəaları tənqid edib. Ermənistan XİN isə ancaq susub”, - deyə Tevan Poqosyan, bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ