İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın baş naziri: "Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var"

Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var və bu cür hərəkətlər onu dəstəkləyən ölkələrlə heç bir razılaşmanı pozmur.

Musavat.com xəbər verir ki, bunu NBC News telekanalına müsahibəsində Polşanın baş naziri Mateuş Moravetski deyib.

O, həmçinin qeyd edib ki, bu cür hücumların NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyindən o qədər də narahat deyil, çünki “Rusiya belə müharibəni çox tez uduzacaq və Kreml bunu bilir”.

Jurnalist Kristen Uelkerin Ukraynadakı müharibənin daha bir neçə il davam edə biləcəyi barədə sualına cavab verən Morawiecki qeyd edib ki, ukraynalılar şiddətli döyüşlər aparsalar da, Rusiya ordusunun gücünü qiymətləndirməmək olmaz: “Buna görə də biz daha uzun müharibəyə hazırlaşmalıyıq".

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukraynadakı münaqişənin 2027-ci ilə qədər davam edə biləcəyini bildirmişdi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski də bildirib ki, Qərbin diplomatik səyləri olmadığı üçün Ukraynada sülhün bərqərar olması mümkün deyil.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR