İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşalı məmur Zelenskini Volın qətliamına görə üzr istəməyə çağırıb

"Ukrayna hələ də Volın qırğınına görə Varşavadan üzr istəməyib və buna görə də keçmiş Sovet respublikasının prezidenti Vladimir Zelenski daha çox məsuliyyət götürməli və bunu etməlidir".

Musavat.com “Onet”-ə istinadla xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Lukaş Yasina deyib.

“Biz polşalılar dövlətimizin ukraynalılara qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti Polşanın üzərinə götürdük. Ukrayna tərəfinin belə bir addımı yoxdur”.

Polşalı diplomat etiraf edib ki, Polşa ilə Ukrayna arasında münasibətlərdə bir çox başqa, daha vacib məsələlər var və Ukrayna xalqı üçün hazırda Volın qırğını problemi ən vacib məsələ deyil.

Daha əvvəl Polşada şikayət etmişdilər ki, Zelenski apreldə Polşaya səfəri zamanı Kiyevin cinayətlərinə görə üzr istəməkdən imtina edib, ona görə də onun səfəri ikitərəfli münasibətlərdə müsbət dinamika gətirməyib.

Polşa dəfələrlə ukraynalı millətçilərin təriflənməsinə etiraz edib və 2018-ci ilin fevralında “Bandera ideologiyası”nın təbliğinə və Volın qırğınının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib. Bu, Kiyev və Varşava arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

Volın qırğını 1942-1943-cü illərdə Qərbi Ukrayna ərazisində, Ukrayna üsyançı ordusunun yerli rəhbərliyinin göstərişi ilə baş verib. II dünya müharibəsi başlamazdan əvvəl müasir Volın vilayətində yaşamış etnik polyaklar öldürülüb. Polşa hakimiyyətinin hesablamalarına görə, ukraynalı millətçilər 100 minə yaxın insanı qətlə yetiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR