İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşadakı səfirliyimiz Prezident seçkiləri ilə bağlı MÜRACİƏT EDİB - FOTO

Azərbaycanın Polşadakı səfirliyi 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar orada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirliyin "X" sosial media hesabında bildirilib.

Qeyd edilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.

"Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunub:

1. Soyadı, adı, atasının adı
2. Doğulduğu il, ay və gün.
3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.

Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq", - deyə əlavə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR