İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada yoluxucu xəstəlik 8 nəfərin ölümünə səbəb olub

Polşanın Jeşuv şəhərində "legionellyoza" (legioner xəstəliyi) adlandırılan yoluxucu xəstəlikdən ən azı 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Polşanın "Polsat" telekanalı məlumat yayıb.

Ümumilikdə indiyədək legionellyoz əlamətləri ilə 113 nəfər xəstəxanaya yerləşdirilib.

Jeşuv və ona yaxın ərazilərdə legionellyozun yayılması ilə əlaqədar yerli hakimiyyət orqanları tərəfindən böhran qərargahı yaradılıb.

Qeyd edək ki, xəstəlik “legionella” bakteriyaları vasitəsilə yayılır. Hələ ki, yoluxmanın əsas yayıcısı kimi su xətləri göstərilir. Avqustun 28-də Jeşuvda yeraltı kommunikasiyaların dezinfeksiyası məqsədilə kütləvi tədbirlərə başlanılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR