Onlayn ictimai-siyasi qəzet
Polşada fermerlər müsəlman ölkələrindən gələn qeyri-qanuni miqrantlarla mübarizə aparmaq üçün Belarusla sərhədə donuz peyini səpiblər.
Musavat.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Ümumpolşa fermerlərinin etirazı” hərəkatı məlumat yayıb.
“Bu gündən etibarən biz Polşa və Belarusiya sərhədindəki sərhəd zolağının suvarılmasına başlayırıq”, - deyə fermerlərdən biri bildirib.
Etirazçılar seçimlərini donuz peyininin müsəlman miqrantları qorxuda bilməsi ilə əsaslandırdılar, çünki donuz İslamda natəmiz heyvan sayılır.
Beləliklə, polşalı fermerlər ölkənin sərhədçiləri ilə həmrəy olduqlarını nümayiş etdirməyə və “hökumətə ərazini necə qorumaq lazım olduğunu göstərməyə” qərar veriblər.
İyunun 17-də Polşa sərhəd xidməti xəbər verib ki, dörd qeyri-qanuni miqrant Belarusdan gələn keramika daşıyan yük qatarında Polşaya daxil olmağa cəhd edib. Qeyri-qanuni mühacirlərin 21-29 yaş arası Əlcəzair vətəndaşları olduğu üzə çıxıb, onlardan biri əvvəllər Hollandiyada məhkum edilib.
Bundan əvvəl Polşada qeyri-qanuni mühacirlərin Qərbdən ölkəyə gətirilməsi sxeminin üstü açılmışdı.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ