İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada 20 nəfərlik miqrant qrupu daşıyan iki şəxs saxlanılıb

Polşa sərhədçiləri 20 qanunsuz miqrantı Latviyadan Almaniyaya keçirməyə cəhd edən iki Ukrayna vətəndaşını saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

“Ukraynalılar Polşaya Litvadan Latviya dövlət nömrə nişanlı iki avtomobillə daxil olublar”, - məlumatda deyilir. Qeyd olunur ki, avtomobillərdə Misir, Hindistan, İraq, Yəmən, Pakistan və Somalidən olan miqrantlar olub və yaxın vaxtlarda readmissiya sazişinə uyğun olaraq onlar Litvaya, yəni getdikləri dövlətə qaytarılacaqlar. 

Polşa qanunlarına görə, saxlanılan ukraynalı daşıyıcıları 8 ilə qədər həbs gözləyir. Bu il Litva-Polşa sərhədində miqrant qruplarını Polşaya keçirməyə cəhd edən 59 nəfər həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR