Onlayn ictimai-siyasi qəzet
Polşa öz ordusunu hətta təlim məqsədilə Ukraynaya göndərməyəcək.
Musavat.com xə bər verir ki, bu barədə “Polskie” radiosu ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamışa istinadla məlumat yayıb.
“Bilirəm ki, bəzi ölkələr Ukraynaya təlim missiyası ilə getmək istəyirdilər. Polşada 20 mindən çox əsgər hazırlamışıq. Bu, iş yaxşı gedir və biz bunu davam etdirəcəyik”, - deyə nazir bildirib.
İyunun əvvəlində Fransa prezidenti Emmanuel Makron Ukrayna ərazisinə hərbi təlimatçı göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradılmasından danışıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada təlimatçı və ya muzdlu kimi olan fransız hərbçiləri Rusiya üçün qanuni hədəfdir. O bildirib ki, Fransa hərbçilərinin artıq Ukraynada işlədiyinə inanmağa əsasları var.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ