İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa taxıla görə Ukrayna ilə münasibətləri gərginləşdirir

Avropa Komissiyası (AK) Ukraynadan taxıl tədarükünə bu gün gecə yarısı başa çatan embarqonun müddətini uzatmamaq qərarına gəlib. Bu barədə AK mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Avropa Komissiyası dörd kateqoriya kənd təsərrüfatı məhsullarının ixracının Aİ bazarına təsiri ilə bağlı məlumatları təhlil edib. Nəticədə hazırkı tədbirlərin bu gün başa çatdırılması qərara alınıb: “Ukrayna tərəfindən effektiv tədbirlərin həyata keçirildiyi və tam fəaliyyət göstərdiyi müddətdə Avropa Komissiyası hər hansı məhdudiyyət tətbiq etməkdən çəkinəcək”.

Sənəddə vurğulanır ki, Ukrayna Aİ-yə taxıl tədarükündə artımın qarşısını almaq üçün tədbirlər görmək və sentyabrın 18-dək fəaliyyət planını təqdim etmək öhdəliyi götürüb: "Ukrayna taxılda ixracında sıçrayışların qarşısını almaq üçün 30 gün ərzində istənilən hüquqi tədbirləri (məsələn, ixraca lisenziyalaşdırma sistemi) tətbiq etməyə razılaşıb. O vaxta qədər Ukrayna dörd qrup malın ixracına nəzarət etmək üçün təsirli tədbirlər görməlidir. Sentyabrın 16-dan "qonşu üzv dövlətlərdə hər hansı qiymət təhriflərinin qarşısını almaq üçün Ukrayna 4 qrup məhsulun ixracı üzərində ciddi nəzarət qruacaq. Ukrayna sentyabrın 18-i iş gününün sonunadək platformaya fəaliyyət planını təqdim edəcək".

Avropa Komissiyasının qərarına baxmayaraq, Polşa bu gecə yarısından etibarən Ukrayna taxılının idxalına qoyulan qadağanı uzadacaq.

Bunu respublikanın baş naziri Mateuş Moravetski seçicilərlə görüşündə deyib: “Avropa Komissiyasının razılığının olmamasına baxmayaraq, qadağanı uzadacağıq. Biz Berlinə və ya Brüsselə qulaq asmayacağıq".

Ukraynanın baş naziri Denis Şmıqal isə Polşa hakimiyyətinin mövqeyinin ölkədə oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində seçici səsi almağa hesablanmış siyasi gediş kimi qiymətləndirib: “Hər hansı qüvvənin siyasi məqsədlə Ukraynın milli maraqları ilə oynaması yolverilməzdir. Ukrayna bu gün o halda deyil ki, belə oyunlara dözə bilsin”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR