İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa səfiri Gürcüstan XİN-ə çağırılıb

Polşa səfiri Mariuş Maşkieviç keçmiş prezident Mixail Saakaşvili ilə bağlı yaranan insidentə görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə “interpressnews” portalı məlumat yayıb.

Məlumata əsasən, buna səbəb polşalı həkimin analizləri klinikadan gizli şəkildə çıxarması olub.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhəti ilə məşğul olan polşalı həkimlərdən birini siyasətçinin analizini qanunsuz ixrac etmək cəhdində suçlamışdı. Həkim test nümunəsini kağıza büküb, ayaqqabısının içində gizlədib, onu gizli şəkildə Tisflisdəki “Vivamed” özəl klinikasının ərazisindən çıxarmağa cəhd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR