İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Rusiyanın fəaliyyətinə cavab olaraq qırıcılarını havaya qaldırdı

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı Rusiyanın Ukrayna ərazisində artan fəaliyyətinə cavab olaraq Polşa və müttəfiq ölkələrin növbətçi qırıcılarının havaya qaldırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumat sosial şəbəkə X üzərindən yayılıb.

“Polşa və müttəfiq ölkələrin aviasiyası tapşırıqların icrasına başlayıb, hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri isə ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə rəsmi bəyanatda bildirilib.

Komandanlıq əlavə edib ki, bu addımlar tamamilə müdafiə xarakteri daşıyır və Polşa ərazisinin təhlükəsizliyini təmin etməyə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR