İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidentinin ofisinə məxsus avtomobildə izləmə cihazı tapıldı

Polşa Prezidenti Andjey Dudanın ofisinə məxsus limuzinlərdən birində izləmə cihazı tapılıb.

Bu barədə prezidentin təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.

“Məlum olub ki, bu avtomobil içində izləmə cihazı ilə bir neçə aydır idarə edilmiş ola bilər. Avtomobil Ukraynaya səfərləri də daxil olmaqla, dəfələrlə prezidentin avtomobil karvanına daxil edilib”, - deyə o bildirib.

Məlumata görə, Dudanın özü bu avtomobildən istifadə etməyib. Bildirilir ki, cihaz bütün ofis maşınlarında partlayıcı əşyaların olub-olmaması yoxlanılarkən aşkar edilib.

Qeyd edək ki, Polşa prezidentinin avtomobil karvanına adətən üç avtomobil daxil edilir ki, onlardan birində dövlət başçısı, digər ikisində isə təhlükəsizlik əməkdaşları olurlar.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR