İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa lideri prezident seçkilərinin nəticələrinin təsdiqi üçün yeni proseduru bloklayıb

Polşa Prezidenti Anjey Duda seçkilərin nəticələrinin Ali Məhkəmə tərəfindən təsdiq edilməsinin yeni proseduru haqqında qanun layihəsini imzalamayıb.

“Report” xəbər verir ki, bu barədə Polşa liderinin ofisinin rəhbəri Malqojata Paprotskaya jurnalistlərə bildirib.

“Prezident bu qanun layihəsinə veto qoymaq qərarına gəlib. Prezidentin qərarının əsas səbəbi hakim təyinatlarının toxunulmazlığı məsələsi olub. Yeni qanun təyin edilmiş hakimlərin səlahiyyətlərini ləğv edəcəkdi”, - Duda administrasiyasının nümayəndəsi söyləyib.

Xatırladaq ki, seçkilərin nəticələrini təsdiq edən Ali Məhkəmə hakimlərinin tərkibinin dəyişdirilməsi təşəbbüsü yanvarın sonunda parlament tərəfindən təsdiqlənib. Qanun layihəsində belə hakimlərin Ali Məhkəmənin ən təcrübəli 15 hakimi arasından seçilməsi təklif edilirdi. “Ali Məhkəmə haqqında” qüvvədə olan qanuna görə, seçkilərin nəticələrinin təsdiqi Fövqəladə Hallar və Dövlət İşləri Palatasının səlahiyyətindədir. Hakim koalisiya bu qurumun legitimliyinə şübhə ilə yanaşır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR