İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Belarusla sərhədi Amerika helikopterləri ilə qoruyacaq

Polşa Belarusla sərhəd bölgəsini Amerika helikopterləri ilə əhatə etməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Polşanın milli müdafiə naziri Mariuş Blaşçakın  verdiyi məlumata görə, Varşava ölkənin şərq cinahında müdafiəsini gücləndirəcək təchizata ümid edir.

"Biz gələn həftə ABŞ Konqresinin "Apaçi" helikopterləri ilə bağlı müraciətimizi təsdiqləmək üçün qərarını gözləyirik. "Apaçi" "Abrams"la birlikdə Brest qapılarını bağlayayan bir maneə yaradacaq". (Narev və Buq çayları arasında, Brest yaxınlığında 80 km enində zolaq nəzərdə tutulur). Məsələ burasındadır ki, "Abrams" tankları "Apaçi" ilə birlikdə keçilməz sədd təşkil edir.

O, həmçinin əlavə edib ki, Cənubi Koreyanın K2 "Qara panter" tankları, "FA-50" döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.

Bundan əvvəl məlum olub ki, Polşa və ABŞ Varşava yaxınlığında Amerikanın "Apaçi" helikopterlərindən istifadə etməklə birgə təlimlər keçirəcək. Bunu ABŞ-ın Polşadakı səfiri Mark Bjezinski deyib. Manevrlər avqustda Nadarzindəki poliqonda baş tutacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR