İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək

 

Polşanın müdafiə naziri Mariuş Blaşçak Belarusla sərhəddə 10 min hərbçi yerləşdirməyə söz verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə Polşa radiosuna müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sərhədi birbaşa 4 min, ona bitişik şərq rayonlarında isə 6 minə yaxın əsgər qoruyacaq. O, həmçinin söz verib ki, iki il ərzində Polşa ordusu Avropanın ən güclü ordusuna çevriləcək.

Blaşçakın sözlərinə görə, hazırda Polşa ordusunun sayı 170 min əsgərə çatır.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Polşanın ABŞ, Böyük Britaniya və Cənubi Koreyadan silah alması Rusiya üçün əlavə risklər yaradır. O, bunu Polşanın Avropada “ən güclü ordu” yaratmaq niyyətində olması ilə əlaqələndirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR