Onlayn ictimai-siyasi qəzet
Polşa ABŞ-la silah alışına dair daha bir müqavilə imzalayıb. Bu, JASSM-ER raketlərinin tədarükünü nəzərdə tutan 735 milyon dollarlıq müqavilədir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışa istinadən Reuters yayıb.
Nazir bildirib ki, raketlər "hava-yer" tiplidir. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, raketlərin uçuş məsafəsi təxminən 1000 kilometrdir.
Qeyd edək ki, Varşava bu il ümumi daxili məhsulunun təxminən 4 faizini müdafiəyə xərcləyəcək. Keçən həftə ölkə ABŞ-la şimal-şərq sərhədlərinin müdafiəsi üçün 960 milyon dollarlıq hava nəzarəti sistemi üçün müqavilə imzaladığını elan edib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ