İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa "Abrams" tankları ilə bağlı problemlərlə üzləşdi

Polşa ABŞ-dan aldığı "Abrams" tanklarının mühərriklərinə texniki xidmət göstərə bilmir.

Musavat.com xəbər verir ki, bunu Hərbi Aviazavod №1-in direktoru Yatsek Qoşçinski bildirib.

O qeyd edib ki, hakimiyyət texniki xidmət məsələsini yalnız tankların alqı-satqısından sonra diqqət mərkəzinə gətirib.

Polşa 366 ədəd Abrams M1A1 və M1A2 SEPv.3 tankı ilə yanaşı, eyni mühərriklərə malik çoxsaylı texniki təminat maşınları alıb.

Qoşçinski vurğulayıb ki, mürəkkəb aviasiya tipli mühərriklər üçün texniki xidmət ölkədə ən erkən 2028-ci ildən etibarən yaradılacaq. Hələlik isə problem yarandıqda texniki xidmət üçün tank mühərrikləri ABŞ-a göndərilməlidir, çünki Avropada belə servis mərkəzləri mövcud deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR