Onlayn ictimai-siyasi qəzet
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Musavat.com xəbər verir ki, Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti əməliyyat nəticəsində 24 yaşlı Fuad Əhmədzadə saxlanılıb.
Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram marixuana, 94 qram psixotrop maddə metamfetamin və kultivasiya edərək yetişdirdiyi çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ