İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis Kolizeyə adını həkk edən İvanı axtarır - onu həbs və 15 min avro cərimə gözləyir

İtaliya polisi Romadakı Kolizey divarına özünün və sevgilisinin adını həkk etmiş gənc turisti axtarır.

Musavat.com xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

İngiliscə danışan gənc turistin "İvan+Hayley 23" sözlərini açarla Kolizeyin divarına həkk etdiyi videokameraya düşüb. “Axmaq turist Romada Kolizeydə adını həkk edir” başlıqlı videonun YouTube-a yüklənməsi və daha sonra sosial şəbəkələrdə geniş yayılmasından sonra hadisə polisə məlum olub.

İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano polisin İvan adlı turistin kimliyini müəyyən etməyə çağırıb. Əgər vandal turist tapılarsa, o, ağır nəticələrlə üzləşəcək: ən azı 15 min avro məbləğində cərimə olunacaq və beş ilədək həbs cəzası alacaq. Nazir vurğulayıb ki, turist “çox ciddi pozuntuya yol verib”.

"Ümid edirəm ki, bunu edən şəxs tapılacaq və qanunlarımıza uyğun olaraq cəzalandırılacaq", -Gennaro Sangiuliano deyib.

İtaliyanın turizm naziri Daniela Santançe turistləri ölkənin mədəniyyətinə və tarixinə hörmət etməyə çağırıb: "Biz ölkəmizə gələnlərin bu cür davranmasına icazə verə bilmərik”.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR