İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis hoteldə saxta valyuta hazırlayan 3 nəfəri BELƏ YAXALADI – ANBAAN VİDEO

İstanbul polisi saxta valyuta əməliyyatlarına qarşı keçirdiyi əməliyyatda hoteldə fəaliyyət göstərən 3 şübhəlini saxlayıb.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı saxta valyuta dəyərində 85 min ABŞ dollarından çox pul müsadirə edilib.

Türkiyə hüquq-mühafizə orqanları 2024-cü ilin əvvəlindən etibarən genişmiqyaslı əməliyyatlar aparır. Bu müddət ərzində ümumilikdə 3,6 milyon saxta avro və 350 min saxta ABŞ dolları müsadirə edilib.

Son dövrlərdə Türkiyədə saxta valyuta məsələsi ciddi narahatlıq doğurub. Xüsusilə Ankara kimi böyük şəhərlərdə saxta valyutanın yayılması nəticəsində köhnə dizaynlı 50 və 100 dollarlıq əsginaslar valyuta mübadilə məntəqələrində qəbul edilmir. Bu, həm yerli iqtisadiyyat, həm də turistlər üçün əlavə çətinliklər yaradır.

Saxta valyuta ilə bağlı mübarizə tədbirləri Türkiyədə davam edir.

Musavat.com olaraq məsələnin inkişafını izləyəcəyik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR