Onlayn ictimai-siyasi qəzet
“Puqaçova bütün bədən nahiyələrində bir dəfədən çox əməliyyat keçirib”.
Bunu Rusiyalı plastik cərrah İvan Volodçenkov müğənni Alla Puqaçovanın uğursuz əməliyyatından danışarkən bildirib.
Ekspert qeyd edib ki, 74 yaşlı sənətçi üzünün cavanlaşması sayəsində yaşına görə kifayət qədər yaxşı görünür. O hesab edir ki, müğənninin son dəfə üzündə dartılma proseduru uğursuz olub.
“Sonuncu üzün dartılması proseduru zamanı ya üz sinirinin yanaq budaqları zədələnib, ya da üz sinirinin yanaq budaqlarında artıq atrofik dəyişikliklər başlayıb ki, bu da əzələlərin işini ləngidir və ya tamamilə pozur”, - Volodçenkov bildirib.
Mütəxəssis onu da qeyd edib ki, Puqaçovanın bu yaxınlarda çəkdiyi fotoşəkildə aşağı çənənin xətti müxtəlif səviyyələrdədir. Bundan əlavə, cərrah məşhurun qulağının deformasiyaya uğradığını iddia edir. Onun sözlərinə görə, bu, sənətçinin ən azı 3 dəfə üzünü dartdırdığından xəbər verir. Volodçenkov məşhurun iki və ya üç dairəvi blefaroplastika keçirtdiyini də təxmin edib.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ