İnsanlara hürriyət, millətlərə istiqlal!

Piterdə Əliyevə xüsusi hörmətin SƏBƏBİ... - Korotçenko

“MDB-nin qeyri-rəsmi sammiti Birlik liderlərinin Əliyevə xüsusi hörmətini nümayiş etdirdi”.

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“İlham Əliyev Azərbaycanın səmərəli rəhbəri olduğuna görə ona böyük hörmətlə yanaşılır. O, ərazi bütövlüyünün bərpası problemini həll etdi, yəqin ki, müasir dünyada oxşar problemlərlə üzləşən heç kim bunu həll edə bilməz. Putinlə Əliyev arasında şəxsi ünsiyyət kanalı var. Onlar bir-birini böyük hörmət, mehribanlıq və sevinclə salamlayırdılar. Bu, isti münasibətlərin davam etdiyini göstərir. Prezidentlər arasında belə münasibətlər həm də ölkələr arasında dostluq, etimad münasibətlərini əks etdirir”, - o bildirib.

Qeyd edək ki, Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının sammitinə qatılan Azərbaycan lideri İlham Əliyevə xüsusi münasibətin göstərilməsi beynəlxalq medianın diqqətini çəkib. (Axar.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR