İnsanlara hürriyət, millətlərə istiqlal!

Pilot uçuş zamanı özünü pis hiss edib, təyyarəni aeroporta təcrübəsiz pilot endirib

Eurowings təyyarəsinin pilotu uçuş zamanı özünü pis hiss edib və helikopterlə xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.

Hadisə oktyabrın 19-da Herakliondan (Yunanıstan) Frankfurt-Mayna (Almaniya) uçan sərnişin təyyarəsində baş verib.

"Uçuş missiyası zamanı ekipaj komandirin özünü yaxşı hiss etmədiyini bildirib", - məlumatda deyilir. "Təyyarənin idarəetməsini ikinci pilot olan təcrübəçi-pilot öz üzərinə götürüb".

Qeyd olunur ki, bütün amillərə baxmayaraq, təcrübəsiz pilot hava limanına təhlükəsiz eniş etməyi bacarıb. Sərnişinlərdən heç biri xəsarət almayıb. Gəmi komandiri helikopterlə xəstəxanaya çatdırılıb, onun hazırkı vəziyyəti barədə məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR