Onlayn ictimai-siyasi qəzet
İspaniya yığmasının və "Barselona"nın sabiq üzvü Jerar Pikenin adı cinayət işində hallandırılır.
Yaxın keçmişin məşhur futbolçusu İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkil olunması ilə bağlı anlaşmadakı mümkün korrupsiyada günahlandırılır. Bu səbəbdən o, martın 14-də məhkəmə qarşısında şübhəli qismində ifadə verəcək.
İddialara görə, Pike yarışın keçirilməsi üçün Səudiyyə Ərəbistanı və İspaniya Futbol Federasiyası arasındakı danışıqlarda fəal iştirak edib. Bu razılaşmanın əldə olunması müqabilində keçmiş futbolçunun hər il qeyri-qanuni olaraq, 4 milyon avro qazandığı bildirilir.
Qeyd edək ki, İspaniya Superkuboku artıq 5 dəfə Səudiyyə Ərəbistanında təşkil olunub.//Offsideplus.az
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ