İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın bu şəxslə görüşü QALMAQAL YARATDI

İran prezidenti Məsud Pezeşkianın Nyu-Yorkda keçirilən “Dünya sülhünün bərqərar olmasında ilahi dinlərin rolu” konfransında Pensilvaniya Universitetinin israilli professoru Liver Sternfeldlə görüşü hökumət mediasında tənqid edilib.

Musavat.comAzad İrana istinadən xəbər verir ki, İran mərbuatında tənqidlərin artmasından sonra İslam Respublikasının BMT-dəki nümayəndəliyi bəyanat yayıb və professorun israilli olmasından xəbərləri olmadığını iddia edib.

Eyni zamanda, nümayəndəlik bildirib ki, o, İsrailə qarşı apardığı fəaliyyətlərinə görə konfransa çağırılıb.

Professor isə “Haaretz” qəzetinə müsahibəsində deyib: “İranın BMT-dəki nümayəndəliyi mənim İsrail vətəndaşı olduğumu bilirdi. Mən bunu ən başından onlara demişdim”.

Qeyd olunub ki, Liver Sternfeldlə yanaşı, konfransda bir neçə israilli də iştirak edib. Ancaq professorun konfransa dəvəti və Pezeşkianla görüşü daha öncədən planlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR