Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkiyan ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlığında İranın günahlandırılmasını qəti şəkildə rədd edib.
O, bu ittihamları “İsrail və digər ölkələrin İrana qarşı fobiya yaratmaq cəhdi” adlandırıb.
Musavat.com xəbər verir ki, Pezeşkiyan NBC News telekanalına verdiyi müsahibəsində bildirib:
“Bu, növbəti uydurmadır ki, İsrail və bəzi digər ölkələr tərəfindən yayılaraq İran əleyhinə təbliğat aparmaq məqsədi güdür. İran heç vaxt belə bir cəhd göstərməyib və bildiyim qədərilə bunu etməyəcək.”
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ