İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian təzyiqlərə boyun əymədi və ONU VALİ TƏYİN ETDİ - FOTO

İran hökumətinin sözçüsü bu gün keçirilən Nazirlər Kabinetinin iclasında Rza Rəhmənin Qərbi Azərbaycan əyalətinin valisi vəzifəsinə təyin edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Rza Rəhməni keçmiş sənaye, mədən və ticarət naziri olmaqla yanaşı, Təbrizdən üç dövr parlament üzvü kimi fəaliyyət göstərib. Onun Azərbaycan adına və türk soyuna bağlı birisi olduğu qeyd edilir.

"Araz News" Telegram kanalı yazır ki, bu təyinat İranın azərbaycanlı prezidenti Dr. Pezeşkianın təzyiqlərə sinə gərə bilməsinin bir göstəricisi oldu. Sitat: "Rəhmaninin Qərbi Azərbaycanın valisi təyin olunması "İranşəhərçi" axının və terrorçu qrupların tərəfdarı olan lobbinin Pəzəşkiyana təzyiqlərinin başarısız olduğu anlamına gəlir. Beləcə onların Qərbi Azərbaycan vilayətinə terror yanlısı vali təyin etmək və iddia etdikləri, “Qərbi Azərbaycana qeyri-türk vali təyin etmək ənənəsinin (bidətinin)” davam etməsi cəhdləri “indilik” boşa çıxdı".

Bu qərar, həm də Qərbi Azərbaycanda türklərin maraqlarını müdafiə etmək və bölgədə balanslı idarəçiliyi təmin etmək istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR