Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın liderlik dövrü başa çatıb, çoxqütblülüyün dünyada yayılması üçün İran və Rusiyanın əməkdaşlığı beynəlxalq səviyyədə təhlükəsizliyi artıracaq.
APA xəbər verir ki, İRNA-nın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Dünyanın bir sıra ölkələrinin, o cümlədən ABŞ-ın liderlik dövrü keçib. Dünyada çoxqütblülüyün yayılması üçün İran və Rusiya arasında mövqelərin ümumiliyi və əməkdaşlıq, şübhəsiz ki, bütün dünyada təhlükəsizlik və sülh səviyyəsinin artırılmasına töhfə verəcək”, - deyə prezident Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı bildirib.
Şoyqunun Tehrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə də görüşəcəyi gözlənilir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ