Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın prezident seçkilərindən sonra ilk dəfə Təbrizə bir neçə saatlıq səfər etdiyi barədə mətbuatda məlumatlar dərc olunub.
Musavat.com bildirir ki, Pezeşkian Təbrizdəki öz evinə də baş çəkib.
Prezident seçkilərindən öncə Təbriz, Osku və Azərşəhri parlamentdə təmsil edən Məsud Pezeşkian Təbrizə qeyri-rəsmi səfəri şərçivəsində Təbrizin keçmiş imam-cüməsi, 19 may 2024-cü ildə helikopter qəzasında həlak olmuş Hüccətül-islam Ali-Haşımın atası ilə də görüşüb.
Təbrizdəki Mədəniyyət Evində çıxış edən. M.Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib və zaldakıların alqışını qazanıb. Xüsusilə də onun bu bəndlərlə azərbaycanlı seçicilərə verdiyi vədləri unutmadığı diqqət çəkib.
Lakin bu məqamda tribunaya yaxınlaşan şəxsin prezidentə hansısa qeydlər təqdim etməsi də nəzərdən yayınmayıb. Hesab olunur ki, İranın türk prezidentinin seçicilərlə türkcə danışması qıcığa səbəb olub.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ