İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun oğlu “Vaqner”çi kimi Ukraynada döyüşüb - Belə deyirlər

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner” özəl hərbi şirkətinin sıralarında döyüşüb.

Bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojın hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov, həyatının bir hissəsini Amerikada və ya, yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir: “Onu sıravi artilleriyaçı kimi götürün”, – hərbi qruplaşmanın rəhbəri qeyd edib.

Priqojının sözlərinə görə, 33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib: “Dizinə qədər çirkdə, nəcisdə, “Uraqan”da. Çox adam bunu bilmir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra mətbuatda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolayın hərbi komissarlığa getməkdən imtina etməsinə dair məlumat yayılmışdı. Kremlin nümayəndəsi bu iddiaları yalanlamışdı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR