Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı üzr istəyib və təəssüf hissini ifadə edib.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Aktau yaxınlığında baş verən təyyarə qəzasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
Peskov bildirib ki, rusiyalı mütəxəssislər araşdırmaya dəstək göstərir: "Biz müvafiq komissiyanın işinin nəticələrini gözləyirik", – deyə o, əlavə edib.
"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına zəruri tapşırıqlar verilib və bütün lazımi dəstək göstərilir", – deyə Peskov vurğulayıb.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ