İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Starmerin bəyanatına REAKSİYA - Məsuliyyətsiz addımdır...

“Kreml Londonun Ukrayna tərəfinə Rusiya ərazisinin dərinliklərinə doğru hücumlar üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməsini tamamilə məsuliyyətsiz addım hesab edir”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin müvafiq bəyanatını şərh edərkən deyib.

Peskovun sözlərinə görə, Kreml bu bəyanatı “hələ görməyib”.

“Amma belədirsə, əlbəttə ki, bu, vəziyyəti ciddi şəkildə gərginləşdirmək istiqamətində növbəti tamamilə məsuliyyətsiz addımdır”, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Britaniyanın baş naziri Kir Starmer Leyboristlər hökumətinin əvvəlki Mühafizəkarlar kabinetinin xəttini davam etdirəcəyini və Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Böyük Britaniyanın verdiyi silahlardan istifadə etməyə icazə verəcəyini bəyan edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR