İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan AÇIQLAMA: "Vaşinqton artıq bu münaqişəyə qarışıb, biz hər şeyi başa düşürük"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukrayna Silahlı Qüvvələri artıq Rusiyaya Amerika silahları ilə zərbələr endirir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Peskov Vaşinqtonun Kiyevin Rusiyanı Amerika silahları ilə vurmasına icazə verəcəyi təqdirdə Moskvanın reaksiyası ilə bağlı sualı belə cavablandırıb.

“Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazəni nəzərdə tutursunuz? Çünki indi də Rusiya ərazisi davamlı olaraq Amerika istehsalı olan silahlarla hücuma məruz qalır. Aydındır ki, ukraynalılar bunu edəcək, bunların hamısı bizim tərəfimizdən nəzərə alınır. Lakin Vaşinqton artıq bu münaqişəyə qarışıb; bunu başa düşmək üçün ekspert olmaq lazım deyil”, - deyə Peskov əlavə edib ki, əsaslı heç nə dəyişməyəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR