İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Tərksilah danışıqlarında Avropanın nüvə arsenalları nəzərə alınmalıdır”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya Federasiyası və Çinlə nüvə tərksilahına dair danışıqlara başlamaq istədiyi barədə sözlərini şərh edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Peskov deib: “Bu mövzu Rusiya Federasiyası ilə ABŞ arasında silahlara nəzarət üzrə dialoqun gündəmdədir”.

O qeyd edib ki, bu müzakirələr zamanı Fransa və Böyük Britaniyanın nüvə arsenallarına göz yummaq mümkün deyil.

"Bu arsenalların nəzərə alınmasının aktuallığı Makronun Fransanın Avropa dövlətlərinin təhlükəsizliyi üçün nüvə çətiri təmin etmək niyyəti ilə bağlı bəyanatlarını nəzərə alsaq, əvvəlkindən daha böyükdür", - Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, bəzi Avropa dövlətləri Makronun ideyasını dəstəkləməyə tələsiblər. Onun sözlərinə görə, nüvə silahı üzrə danışıqlar zamanı Avropanın nüvə arsenalları diqqət mərkəzində olmalıdır.

ABŞ prezidenti Donald Tramp əvvəllər Ağ Ev administrasiyasının nüvəsizləşdirmə üzrə Rusiya və Çinlə danışıqlar aparmaq istədiyini bildirib. O, əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronun təklif etdiyinin “əksini” istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR