İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Putinin qarşıdakı xarici səfərlərindən danışıb

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin payızda xarici səfərlər planlaşdırır.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Peskov bunu ona ünvanlanmış müvafiq suala cavab olaraq deyib.

“Planlaşdırılıb, bəli. Payızda nəzərdə tutulub, biz də vaxtında məlumat verəcəyik”, - deyə o, dövlət başçısının mümkün səfərləri ilə bağlı sualı cavablandırıb.

Eyni zamanda, Peskov əlavə edib ki, Kreml prezidentin səfər planlarını əvvəlcədən elan etməyəcək.

Qeyd edək ki, barəsində beynəlxalq həbs qərarı verildikdən sonra Putin ölkə xaricinə çıxmır. Ona görə də müşahidəçiıər Peskovun prezidenti payızda nəzərdə tutulan xarici səfərləri ilə bağlı dediklərinə şübhə ilə yanaşırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR