Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bir çox ölkənin Putin və Tramp arasında hipotetik görüş üçün platforma olmağa hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, hazırda bu görüş üçün konkret hazırlıqlar aparılmır. Görüşün mümkünlüyü və detallarına yalnız ABŞ-da yeni administrasiya formalaşdıqdan sonra baxılacaq.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında mümkün görüşün yeri haqqında danışmaq hələ tezdir, çünki bu tədbirə hazırlıq getmir.
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ