Onlayn ictimai-siyasi qəzet
“Nüvə silahından istifadə Rusiya tərəfindən yalnız son çarə hesab olunur”.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb, ondan istifadə həddindən artıq, məcburi tədbirdir”, - Kreml sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın yenilənmiş nüvə doktrinası Ukraynanın Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi halında nüvə reaksiyasının mümkünlüyünü nəzərdə tutur.
Peskov jurnalistlərə bildirib ki, potensial düşmən Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzə görə cavabın qaçılmazlığını başa düşməlidir:
“Bu o deməkdir ki, Rusiya ona və İttifaq dövlətinin üzvü olan Belarusa qarşı adi silahlardan istifadə etməklə təcavüz edildiyi təqdirdə nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ