Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Telegram”ın təsisçisi Pavel Durovun Kremllə danışıqlarını təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Onun sözlərinə görə, “Telegram”ın yaradıcısı Pavel Durov Kremllə danışıqlar aparmayıb.
O, bir sıra media orqanlarının Durovun 2014-cü ildən sonra Rusiyaya ən azı 50 dəfə gəldiyini iddia edən məlumatlarını şərh edib.
Peskov Durovun Rusiyaya səfər etdiyini və onun vətəndaşı olaraq ölkə daxilində sərbəst hərəkət etdiyini bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ