İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Biz Paşinyana dərin hörmət bəsləyirik, lakin...”

“Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın sülhməramlıların missiyasının uğursuzluğu ilə bağlı tezislərilə razılaşmaq mümkün deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasında işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndiririk. Amma biz cənab baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya sülhməramlı qüvvələrinin Qarabağda öz missiyasını yerinə yetirmədiyini və Rusiyanın özünün bölgədən çəkildiyini söyləmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR