İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa doğru irəliləyir”

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində fəal şəkildə irəliləyirlər”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov konfrans zamanı bildirib.

Onun sözlərinə görə, Kreml bunun yaxın gələcəkdə baş verəcəyinə ümid edir.

“Bu cür görüşlər, xüsusən də MDB-nin qeyri-rəsmi sammiti qısa təmaslar üçün yaxşı fürsətdir. Biz həqiqətən bildiririk ki, ölkələr sülh müqaviləsinin yekunlaşması istiqamətində irəliləyirlər. Ümid edirik ki, bu, yaxın gələcəkdə və keyfiyyətə zərər gəlmədən baş verəcək”, - Kremlin rəsmi nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, Kreml sülh müqaviləsi bağlamaq üçün Bakı və İrəvanın siyasi iradəsini görür. Rəsmi Moskva bu qərarı dəstəkləyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR