İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Ukrayna hərbçilərinə "Petriot"dan istifadə üçün təlim keçəcək

Pentaqon Ukrayna hərbçilərinə "Petriot"dan zenit-raket komplekslərindən istifadə üçün təlim keçəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu gələn həftədən ABŞ-ın Oklahoma ştatının Fort Sill şəhərində "Petriot"dan istifadə üsullarını öyrənməyə başlayacaq.

"Ukraynanın 100-ə qədər əsgərinin təlim prosesində iştirakı gözlənilir və təlim kursu bir neçə ay davam edəcək", - Pentaqon rəsmisi əlavə edib.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 1 milyard dollarlıq yardım elan edib. Bu paket çərçivəsində ABŞ Kiyevə “Petriot” hava hücumundan müdafiə sistemlərinin akkumulyatorunu göndərmək, həmçinin bu hava hücumundan müdafiə sistemini idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçmək qərarına gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR