İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon sənədlərini sızdıran 21 yaşlı gənc əsgərmiş  

Pentaqon sənədlərini internetə sızdıraraq böyük hay-küyə səbəb olan şəxsə rəsmi ittiham irəli sürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cek Teyşeyra məxfi materialların qanunsuz surətini çıxarmaq və ötürməkdə ittiham olunub.

Boston məhkəməsində 21 yaşlı Massaçusets Hava Milli Qvardiyasının əsgəri həm də  casusluqda suçlama ilə üz-üzə qalıb.

Qeyd olunur ki, həmin sənədlərdə Ukraynada aparılan müharibə ilə bağlı mühüm məlumatlar yer alıb.

Teyşeyra məhkəmədə susmaq hüququndan istifadə etmək istədiyini söyləyib və ona ictimai müdafiəçi təyin edilib. Prokuror təqsirləndirilən şəxsin məhkəməyə qədər həbsə alınmasını istəyib - bu məsələyə çərşənbə günü, aprelin 19-da baxılacaq.

Xatırladaq ki, sənəd sızıntısı ilə bağlı ilk dəfə  “The Washington Post” qəzetində məlumat yayılıb. Verilən informasiyalara görə,  şübhəli şəxs Discord messencerində 20-30 nəfərlik söhbətin iştirakçıları ilə gizli məlumatları paylaşıb.

FTB agenti Teyşeyranın 2021-ci ildən məxfi materiallara çıxış əldə etdiyini təsdiqləyib. Gənc əsgərin hansı səbəbdən və yollarla bu cür yüksək səviyyəli konfidensial sənədlərə çıxış əldə etməsi hər kəs üçün müəmma olaraq qalır. Buna ABŞ Müdafiə nazirliyi açıqlıq gətirməlidir.

“Reuters”in məlumatına görə, ABŞ-ın yüzdən çox məxfi sənədləri hələ bundan sonra da yayıla bilər. Son hadisə 2010-cu ildə WikiLeaks saytında 700 000-dən çox sənəd, video və diplomatik yazışmaların dərcindən sonra ən ciddi kəşfiyyat sızıntısı hesab olunur. Pentaqon məlumatın sızdırılmasını “qəsdən cinayət əməli” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR