İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəsmisi: “Belarus Ukraynaya qarşı müharibədə iştirak etmək niyyətində deyil”

Amerika Birləşmiş Ştatları Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa iştirak etmək niyyətində olduğuna dair heç bir əlamət görmür.

“Report”un məlumata görə, bunu adı açıqlanmayan Pentaqonun yüksək rütbəli rəsmisi “Sky News”a bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarus qoşunlarının yaxın vaxtlarda birgə hərbi təlimlər keçirmək planlarına baxmayaraq, Belarusun müharibəyə qoşulmaq niyyəti yoxdur.

Pentaqon rəsmisi həmçinin bildirib ki, Baxmut və ətraf rayonlar yaxınlığında şiddətli döyüşlər davam edir, lakin döyüş meydanında vəziyyət ciddi şəkildə dəyişməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR