İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbəri NATO baş katibi ilə Ukraynanı müzakirə etdi

ABŞ müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı zamanı Ukraynaya dəstəyin vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Məlumatına görə, söhbət zamanı Ostin ABŞ-ın NATO-dakı prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısında müzakirə olunacaq məsələləri müzakirə edib.

Ostin sülhü və müdafiəni gücləndirmək, Ukraynaya dəstəyi davam etdirmək və transatlantik müdafiə sənayesini möhkəmləndirmək üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Söhbət zamanı tərəflər NATO-nun Ukraynaya dəstək səylərinin Ukraynanın gələcəkdə NATO-ya üzvlüyü üçün "körpü" yaratdığı fikrini ifadə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR