Onlayn ictimai-siyasi qəzet
Söz və yaradıcılıq azadlığını qoruyan "PEN America" İranla digər ölkələrin 42 beynəlxalq insan haqları təşkilatı ilə birgə BMT-nin İnsan Hüquqları Şurasına (İHŞ) açıq məktub ünvanlayıb.
Məktubda həbsdə olan iranlı Nobel mükafatçısı Nərgiz Məhəmmədinin təcili tibbi yardıma ehtiyac duyduğu vurğulanıb.
"PEN America"nın fikrincə, Məhəmmədiyə xəstəliyi üzündən "insani səbəblərlə bağlı" məzuniyyət verilməlidir. Bu səbəbdən insan haqları təşkilatları İHŞ-ni təcili İran hakimiyyətinə üz tutmağa çağırıb.
Son 20 ilini bəlli bölümünü həbsxanada keçirən etnik azərbaycanlı - 52 yaşlı N.Məhəmmədi "təbliğat yaymaq" ittihamı ilə 12 illik həbs cəzasını çəkir. Nobel mükafatçısının özü və qohumları bu ittihamı rədd edir.
Bu yaxınlarda ayağındakı xərçəng şişini götürmək üçün mürəkkəb əməliyyat keçirən N.Məhəmmədini həmin əməliyyatdan cəmi iki gün sonra yenə həbsxanaya qaytarıblar./Azadlıq Radiosu
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ