İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın polisi Türk səfirini qətl edən ASALA terrorçusunu belə tutdu - VİDEO

İrəvan polisi Türkiyə səfirinin qətlinə görə 40 il ABŞ həbsxanasında yatmış terrorçu, ASALA üzvü Ambik Sasunyanı saxlayıb.

Musavat.com həmin anın görüntülərini təqdim edir. 

Qeyd edək ki, Ambik Sasunyan təxminən 1 həftə öncə "Tavuş Vətənə Səs" yürüşünə qoşulub. 

Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib. 3 il davam edən müzakirələr nəticəsində sözügedən qərar 2019-cu ilin dekabrında icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR