Onlayn ictimai-siyasi qəzet
Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, sorğuda iştirak edən vətəndaşların əksəriyyəti (36,3%) seçkiyə getməzdi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu avqustun 4-də jurnalistlərlə görüşündə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan açıqlayıb.
Onun sözlərinə görə, respondentlərin 13,3%-i Ermənistanda hakim “Mülki Müqavilə” partiyasına səs verməyə hazır olduğunu bildirib.
Həmin vətəndaşların arasında dövlət aparatının əməkdaşları da var, bilindiyi üzrə onlar həmişə hakim qüvvəyə səs verməyə meyllidirlər.
Müxalifətdə “Ermənistan” 3,8%, “Çiçəklənən Ermənistan” 1,8%, “Şərəf duyuram” bloku 1,5% səs alacaq. Respondentlərin 0,8%-i Daşnaksütyununa, 0,4%-i isə Erməni Milli Konqresi və “Sasna Tsrer”ə sıs verməyə hazır olduğunu bildirib.
20,2% isə cavab verməkdə çətinlik çəkib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ