Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının sədr müavini, iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Ermənistan-Azərbaycan danışıqları müsbət şəkildə davam edir.
Musavat.com xəbər verir ki, o bildirib:
“Danışıqların gedişi məndə müsbət təəssürat yaratdı. Düşünürəm ki, bunun nəticəsi sülh müqaviləsinin imzalanması olacaq. Lakin sülh sazişinin imzalanması üçün konkret vaxt açıqlamayıb”.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün “bir-iki məqam”ın razılaşdırılmalı olduğunu deyib. O, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
Şahanə Rəhimli
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ