Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan hakim partiyanın iştirakı ilə baş verən son insidentlər haqqında söhbət açıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə görüş zamanı danışıb.
Simonyan ən çox parlamentin deputatı Ovik Ağazaryanla İstintaq komitəsinin sədri Argişti Kərəmyan arasında “söyüş mübadiləsi” mövzusuna toxunub.
Alen Simonyan burada parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryanın “rol oynadığına” işarə vurub.
Yerli jurnalistlər hakim partiyanın İdarə Heyətinin növbəti iclasında Andranik Köçəryanın istefası ilə bağlı məsələnin müzakirə olunub-olunmayacağını xəbər alıblar. Simonyan bu məsələni nə təsdiq, nə də inkar edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ