İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır

İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi Suriya ilə birbaşa danışıqlarda şəxsən iştirak etdiyini etiraf edib.

"Report" xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Haneqbi bu bəyanatı iyunun 22-də parlamentin xarici işlər və müdafiə komitəsinin qapalı iclasında verib.

"İsrail ilə Suriyadakı rejim arasında bütün səviyyələrdə birbaşa gündəlik dialoq aparılır. Mən orada Suriya rəsmiləri ilə bu dialoqu aparıram", - nəşr T.Haneqbinin sözlərini gətirib.

Milli Təhlükəsizlik Şurasının rəhbərinin fikrincə, İsrail və Suriyanın çox ortaq cəhətləri var.

“Israel Hayom”un məlumatına görə, iclas iştirakçılarından biri Haneqbidən Dəməşqlə münasibətlər yaxşılaşmağa başlayarsa, İsrailin Qolan təpələrindəki bufer zonasından qoşunlarını çıxarmağa hazır olub-olmayacağını soruşub.

"Əgər normallaşma baş verərsə, biz bu imkanı nəzərdən keçirəcəyik", - T.Haneqbi bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR